Sabah Avropa Liqasının pley-off” mərhələsinin oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” “Bakcell Arena”da Yunanıstanın “Panatinakos” klubunu qəbul edəcək. Oyundan bir gün öncə mətbuat konfransı keçirən “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
-“Apollon”la oyundan sonra heyətin gücləndiriləcəyini demişdiniz. Amma bu baş vermədi. Belə bir durumda qrupa düşmək olacaqmı?
-Bəli, düşünürüıəm ki, potensialımız var.Qrup mərhələsinə düşə bilərik. Məlum məsələdir ki, Cavid Heseynovla bağlı itkimiz var. Bundan əlavə Urfan Abbasov da oyunu buraxacaq. Amma biz yenə də qrupmərhələsi haqında düşünürük.
-Cavidin yoxluğu, komandaya fiziki və mənəvi cəhətdən nə dərəcədə təsir edəcək?
-İlk sualda bu suala cavab verdim. Bu haqda danışmaq istəmirəm. Dediyim kimi Cavid bizim üçün ciddi itkidir. Amma bizim komandamız var. Daüşünürəm ki, hər şey istədiyimiz kimi olacaq.
-“Panatinaikos” əvvəlki komandalara nisbətən çox güclüdür. Rəqibin adı sizin futbolçularda gərginlik yaratmayacaq?
-Oyunun harda keçirlməyinin bizim üçün müsbət və mənfi cəhəti yoxdur. Təsdiqləyirəm ki, “Panatinaikos” çox güclü komandadır. Amma kimin şanslı olmasını oyundan öncə söyləmək düzgün olmaz. Amma bizim 1% şansımız olsa belə onun üçün mübarizə aparacağıq.
-Bu mövsüm “Qəbələ” Avrops Liqasında oyun keçirib. Biz bu oyunlardan öncəki mətbuat konfransında sizi belə ciddiyətli görməmişik. Bu yorgunluqdan irəli gəlir yoxsa hansısa xüsusi səbəb var?
-Əhvalım daha əvvəl də belə olub. Sadəcə oyuna köklənişik. Rəqib haqqında düşünürük.Heç bir problemimiz yoxdur.
-Qeyd etdiniz ki, Urfan və Cavid oynamayacaq. Maraqlıdı Urfanın Abbasovun yerində kimə şans verəcəksiziniz?
-Bu suala cavab verə bilməyəcəm. Çünki heyəti sabah müəyyənləşdirəcəyəm.Cinahda oynayacaq üç aparıcı oyunçumuz var. Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov və Riokardinyo arasında sübut edəcəksiniz.
-Daha əvvəl mərhələ keçəcəyiniz tədqirdə “aeredrom” papaqla mətbuat konfransına çıxmağı söz vermişdiniz. Əgər “Panatinaikos”u keçsəniz nə yenilik edəcəksiniz?
-Bunu hələlik təxirə salaq. Çox tez-tez belə yenilklər etmək olmaz. Ən azı Çempionlar Liqası oyunalarına vəsiqə qazanacağımıza qədər təxirə salaq.
-“Qəbələ” “Panatinaikos”u keçərsə böyük uğura imza atacaq. Əgər belə olarsa komandanızın gələcəy uğurları haqqında nə deyə bilərisiniz?
-İstənilən halda “Qəbələ”nin gələcəyi parlaq olacaq. Addım – addım irəliləyirik. Düşünürəm ki, hər şey yaxşı olacaq.
-Komandanın prezidenti Tale Heydərov açıqlamasında bildirmişdi ki, son bir neçə ildə axtardığımız məşqçini tapmışıq. Əgər “Qəbələ” qrupmərhələsinə adlayarsa uğurunuzun üstünə daha bir uğur gələcək.Belə olan halda isə klub rəhbərliyi ümumiyyətlə sizi göndərmək fikrindən uzaq olacaq. Sizin buna münasibətiniz necədir?
-Sabahkı oyun mənim məşhurluğumla bağlı heç nəyi dəyişməyəcək. Daha əvvəl başqa klubla bu mərhələni keçəcək. “Qəbələ”nin gələcəyi haqda deyə bilərəm ki, hər şey yaxşı və bizim istədiyimiz kimi olacaq.