İdman

Qriqorçuk: “Buna təbəssümlə yanaşıram”

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda olmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada keçirilsin. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə oyun öncəsi təşkil olunan mətbuat konfransıda deyib.

Ukraynalı mütəxəssis itkilərdən də danışıb:

“Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandanın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün “Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir”.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43