08 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Çox düşünməyi tələb edən bir oyun idi”

Topaz Premyer Liqasının XII turunun açılış matçında “Qarabağ” səfərdə “Bakı” üzərində 4-2 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, həmin oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov düşüncələrini bölüşüb:

“Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi. Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. “Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43