Ölkə futbolu

Qurban Qurbanov: “Oyuna ciddi yanaşmaq lazımdır”

“Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Hakimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil”.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin Xankəndidə oynayacağı ilə bağlı iddialara belə cavab verib:

“Bu, mənə aid olmayan məsələdir. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43