İdman

Qurban Qurbanovlu millimizin daha bir rəqibi müəyyənləşdi

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz səfərdə Latviya yığması ilə qarşılaşacaq.

Qurban Qurbanovun komandası Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək.

Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43