İdman

“Kəpəz”in əvəzedici komandası da heyətini gücləndirdi – FOTO

“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, komanda müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb. Hər üç oyunçu mövsümün ilk yarısında I divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib.

Xatırladaq ki, Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43