Kateqoriyasız

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı noyabrın 2-i saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İdmanxeber.az xəbər verir ki, 19:15-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı UEFA ilə əldə olunmuş razılığa əsasən, Almaniyada reallaşacaq və noyabrın 2-də Bakı vaxtı ilə 11:45-də başlayacaq. Rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqə) isə noyabrın 2-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43