“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı argentinalıya “Mançester Siti” maraq göstərir. Baş məşqçi Pep Qvardiolanın Messini komandasında görmək istədiyi qeyd edilir.
“Şəhərlilər” forvardı mövsümün sonuna qədər icarəyə götürə bilər. “İnter”in sahibi Devid Bekxem Messinin özü bu transferdə maraqlı olarsa, oyunçunu buraxmağın əleyhinə deyil.
Qvardiola və Messi daha əvvəl 2008-2012-ci illərdə “Barselona”da birgə çalışıblar.