Dünya futbolu

Qvardiolanın karyerasında ilk

Xosep Qvardiola karyerasında ilk dəfə baş məşqçisi olduğu komanda ilə Çempionlar Liqasının 1/4 final mərhələsinə keçə bilməyib.

İdmanxeber.com-un məlumatına görə, Qvardiolanın “Mançester Siti”si iki oyunun nəticələrinə görə “Monako”ya məğlub olaraq turnirlə vidalaşıb.

Xatırladaq ki, ispaniyalı çalışdırıcı iki dəfə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub. Digər hallarda isə komandalarını yarımfinal mərhələsinədək yüksəldə bilib.

Qeyd edək ki, o, İngiltərə klubundan əvvəl “Bavariya”nı da çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43