Müqavilə ilə “Başakşəhər”ə məxsus olan Alya Ture “Sumqayıt”da baxışdadı.
İdmanxeber.az-ın məlumatina görə, qvineyalı vinger bu gün “Sabah”a qarşı yoxlama oyununda meydanda olub. Ötən mövsümü Danimarka aşağı liqa təmsilçisi “Yammerbuqt”da keçirən futbolçu bəyəniləcəyi təqdirdə komandada saxlanılacaq.
Alya Ture ötən mövsüm 13 oyunda 1 qol vurub. Gənc oyunçu vaxtilə Qvineyanın U-17 millisinin də formasını geyinib.