“Zirə” 5 futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels klub arasında imzalanmış müqavilə başa çatıb. Həmçinin, Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəylə də icarə müqaviləsi bitib.
“Zirə” PFK adıçəkilən futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

