Dünya futbolu

Ramil Şeydayevin transfer qiyməti açıqlandı

“Jilina”nın 1.5 illik müddətə icarəyə götürdüyü Ramil Şeydayevin transfer şərtləri açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu Slovakiya təmsilçisinə pulsuz keçib. “Jilina” R.Şeydayevi birdəfəlik almaq istəyəcəyi təqdirdə, “Trabzonspor”a 3 milyon avro ödəyəcək. Həmçinin razılığa görə, icarədə olduğu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya çatacaq.

Bundan başqa, R.Şeydayevə aylıq 10 min avro maaşı da “Trabzonspor” ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43