Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyadan Bakıya dönüb.
İdmanxeber.com-un məlumatına görə, Antalyada olan klubların təlim-məşq toplanışını canlı izləyən, yoxlama görüşlərində iştirak edən Ramin Musayev, bundan əlavə hakimlərin hazırlığı ilə də tanış olub. Millimizin məşqçiləri ilə də görüşən qurum rəhbəri bu gün Bakıya qayıdıb.