Dünyadan

“Qarabağ” Polşa çempionunu gözləyir

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gün səhər saatlarında yoxlama oyunu öncəsi son məşqinə çıxıb.

90 dəqiqə davam edən məşqdə oyunçular isinmə hərəkətlərinin ardından iki qrupa bölünərək futbol oynayıblar.

Qeyd edək ki, “Qarabağ” sabah növbəti yoxlama oyununu keçirəcək. Qurban Qurbanovun komandasının rəqibi son Polşa çempionu “Legiya” klubu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43