Dünyadan

Droqba qərarını verdi

İngiltərə Futbol Yazarları Birliyi tərəfindən xüsusi mükafata layiq görülən 36 yaşındakı futbolçu, Londondakı qala gecəsində etdiyi şərhlə niyyətini müəyyən etdi.

İdmanxeber.com-un məlumatına görə, “Çelsi”  klubunda qalmaq istədiyini söyləyərək topu rəhbərliyə atdı.

Təcrübəli futbolçu, “Son 10 ildə “Çelsi” ilə bir çox kubok qazanıb çox müvəffəqiyyətə imza atdıq. Bu da xüsusi bir əlaqənin doğulmasına gətirib çıxardı. Bu böyük ailənin bir parçası olmağa davam edirəm. Klubuma ən yaxşı şəkildə dəstək olmamı təmin edəcək yolu həmişə birlikdə tapacağıq “-dedi.

Mövsümün əvvəlində “Çelsi”yə dönərək London təmsilçisindəki ikinci karyerasına başlayan Droqba, “Buradan ilk ayrıldığımda, istədiyim hər şeyi etdiyimi düşünürdüm. Ancaq indi anladım ki, belə deyilmiş. Daha ediləcək şeylər var. Bu klubu sevirəm və yeni oyunçularla birlikdə gələcəkdə də buranın bir parçası olmaq istəyirəm”- deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43