“Klublarımızın avrokuboklardakı rəqibləri normaldı. Dörd klbumuzdan azı üçünün ilk mərhələni keçəcəyini gözləyirəm. Nisbətən çətin rəqib “Neftçi”yə düşüb. İstər “Koper”, istərsə də “Çelik” – hansı bizimkilərə rəqib olsa çətin olacaq. Buna baxmayaraq “Neftçi”ni hər ikisindən güclü sayıram. Avroliqanın qrupunda oynamış “Neftçi”yə və Böyükağa Hacıyevə güvənmək lazımdı”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum başçısı “Qəbələ”yə görə narahat olduğunu bildirib:
“Açığı bir az “Qəbələ”yə görə narahatam. Çünki “Qəbələ”nin rəqibi asan komanda deyil. Narahatçılığım da buna görədi. Lakin inanıram ki, Bakıda bir neçə il bundan öncə məğlub etdiyimiz bosniyalıları “Qəbələ” də məyus edəcək”.