Ölkə futbolu

Rauf Əliyev “Səbail”i sevindirdi

“Səbail”in zədəli futbolçusu Rauf Əliyev artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu Premyer Liqanın 26-cı turunun “Səbail” – “Neftçi” matçında (0:4) başından zədə almışdı. Əliyev bu səbəbdən 27-ci turun “Zirə” – “Səbail” matçını (0:2) buraxmışdı.

“Səbail” çempionatın son turu çərçivəsində sabah “Sumqayıt”la qarşılaşacaq. “ASCO Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43