04 İyun 2026
Dünya futbolu

“Real” “Arsenal”ın futbolçusunu istəyir

“Real” “Arsenal”ın əsas oyunçularından biri – Vilyam Salibanı heyətinə qatmaq istəyir.

İdmanxeber.az  xəbər verir ki, Madrid təmsilçisinin skautları 24 yaşlı müdafiəçini Premyer Liqanın son turunda “Mançester Siti” ilə (1:1) keçirilən matçda xüsusi izləyiblər.

Fransalı futbolçu 2019-cu ilin yayında “topçular”a transfer olunub. Onun London klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Salibanın bazar dəyərinin təxminən 80 milyon avro olduğu bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43