UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi məlum olub.
İdmanxeber.com-un məlumatına görə, Portuqaliyanın Lissabon şəhərində baş tutan final matçında Madridin iki klubu – “Real” və “Atletiko” üz-üzə gəlib.
Beş qolun vurulduğu qarşılaşmada “Real” sevinən tərəf olub.
24 may
Çempionlar Liqası, finall
“Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) – 4:1
Qol: Dieqo Qodin, 36, Ramos, 90+3, Qaret Beyl, 111, Marselo, 117, Ronaldo, 119 (p)