Dünya futbolu

“Real” ötən ay transfer etdi, bu ay zədələndi

“Real”ın yeni transferi Eduardo Kamavinqa zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi La Liqanın 8-ci turunun “Espanyol”la səfər oyununda (1:2) zədələnib. Kamavinqanın son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Kamavinqa ötən ay Fransanın “Renn” klubundan “Real”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43