Ölkə futbolu

Rednik: “”Xəzər Lənkəran” haqda yalnız sabah danışa bilərəm”

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yenidən sabiq klubuna qayıda bilər. Biir neçə gün öncə Rumıniyanın “CFR Cluj” komandası ilə yollarını ayıran təcrübəli mütəxəssisin Con Toşakı əvəzləməsi gözlənilir.
 
O, Azerisport.az saytına açıqlamasında “Xəzər Lənkəran” haqqında hələlik danışmaq istəmədiyini bildirib: “Hələlik bu barədə heç nə deyə bilmərəm. Çünki “CFR Cluj” ilə müqaviləm var. Bu anlaşmaya sabah xitam veriləcək. Yalnız ondan sonra “Xəzər Lənkəran”la bağlı danışa bilərəm”.

Qeyd edək ki, Rednikin həmyerliləri ilə yollarını rəsmən ayırandan sonra “Xəzər Lənkəran”la müqavilə bağlaması gözlənilir. 2010-2011-ci illər aralığında cənub təmsilçisini çalışdırmış rumın mütəxəssisin qayıdışını azarkeşlər də çoxdandı arzulayırlar.

Komandanın indiki baş məşqçisi Con Toşakın isə işləri heç də yaxşı getmir. Bu üzdən də onun tezliklə istefa verməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43