İdman

Rəşad Sadıqovın “Roma”nın düşərgəsinə yollanma səbəbi nədi?

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.

O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi “Roma”nın “Kalyari” ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.

Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43