“Atletiko” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Dieqo Simeone futbolçunun alınmasını tələb edir. Təcrübəli mütəxəssis şəxsən özü transferlə məşğul olur.
27 yaşlı hücumçu cari mövsüm Mançester klubunun heyətində 24 görüşdə meydana çıxıb və 7 qol vurub.
“Transfermarkt” portalı onun dəyərini 55 milyon avro qiymətləndirir.