Ölkə futbolu

“Rəvan” 3 futbolçusu ilə vidalaşdı

“Rəvan” FK 3 futbolçusu ilə yollarını ayırıb.

idmanxeber.com-un məlumatına görə, Paytaxt klubu yay fasiləsində heyətə cəlb olunan Pərvin Paşayev, Orxan Məmmədov və Rəşad Hacızadə ilə vidalaşıb.

Klub rəhbərliyi sözügedən oyunçulara təşəkkür edərək, onlara gələcək karyeralarında uğurlar arzulayır.

Qeyd edək ki, “Rəvan” FK hazırda istirahətdədir. “Aslanlar” yanvarın 5-də bir araya gələcək. Öncə tibbi müayinədən keçəcək komanda, ardından II dövrənin hazırlığına başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43