Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək istiqamətində növbəti addımı atıb.
Komanda bu dəfə Aqil Nəbiyevin keçidini rəsmən həll edib. Tovuz futbol məktəbinin yetirməsi olan 31 yaşlı müdafiəçi ilə 1 illik rəsmi sözləşmə imzalanıb. Karyerası ərzində "Turan" (1999-2002, 2003-2006), "Neftçi” (2002-2003), AZAL (2006-2013) və son olaraq "Bakı”nın (2013-cü il yanvardan avqusta qədər) şərəfini qorumuş təcrübəli futbolçu həm də Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.