Ölkə futbolu

“Xəzər Lənkəran”ın stadionuna dəyən ziyanın məbləği açıqlandı

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra azarkeşlər arasında baş vermiş insident zamanı stadiona dəymiş ziyanın məbləği məlum olub. Bu barədə məlumatı “ağ-yaşıllar”ın direktoru Höccət Hacıyev verib.

Onun sözlərinə görə, matçın baş tutduğu Lənkəran Mərkəzi şəhər stadionunda müxtəlif avadanlıqlar korlanıb, xeyli sayda oturacaq sındırılıb. Hacıyev ümumilikdə kluba məxsus arenaya 12-14 min manat dəyərində maddi ziyan dəydiyini deyib.

Qeyd edək ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-ə gətirilib. Onlardan 4-nün sərxoş olması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
MƏNBƏ: Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43