İdman

Robert Prosineçki: “Futbolçularıma bu barədə tapşırıqlarım olub”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

– Komanda artıq 1 həftədir ki birlikdədir. Rəqib son dünya çempionudur. Rəqibi analiz etmişik. Asan oyun olmayacaq. Komanda oyuna hazırdır.

– Almaniya – İngiltərə oyununda gördük ki, rəqibimiz hücumda olduqda, müdafiədə boşluq yaranır. Bu barədə futbolçularınıza tövsiyyələriniz olubmu?

– Sözsüz ki, oyunu izlədik. Almaniyada bilirsiz ki, necə güclü futbolçular oynayır. Onlar hər həftə güclü çepionatlarda oynayırlar və texniki cəhətdən də çox güclüdürlər. Təkcə taktiki baxımdan deyil, fiziki baxımdan da güclüdürlər. Futbolçularıma bu barədə tapşırıqlarım olub. Taktikamızı açıqlamaq istəmirəm. Sabahkı nəticənin nə olacağını oyunun sonunda deyəcəyik.

– Komandanın fiziki durumu və motivasiyası nə yerdədir?

– Məşq prosesinə söz ola bilməz. Futbolçuların hər bir durumundan razıyam. Belə bir rəqibə qarşı oyunda hər bir futbolçuda motivasiya yüksək olur.

– Heyətdə görmək istədiyi, amma cəlb edə bilmədiyi futbolçuları varmı? Məsələn, Namiq Ələsgərov və Ruslan Abışov.

– Namiq çempionatda zədələnmişdi. Maksim də zədəli olduğu üçün meydanlardan uzaqda qaldı. Hazırda o, komanda ilə məşq edir, amma meydana çıxa bilməyəcək.

– Kamran Ağayevin Portuqaliyada problemi nədir? Çünki son oyunlarda, zədəli olmayanda da heyətə düşə bilmir…

– Almaniyada qapıçı problemi yoxdu. Belə bir oyuna zədədən yeni qayıdan qapıçı ilə çıxacağıq. Demək olar ki, biz tarix yazacağıq. Kamran təcrübəli qapıçıdır. Çox zaman komandanı, həqiqətən də, xilas edib. O, özünü sübut edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43