Ölkə futbolu

Robert Prosineçki: “Türkiyəyə qorxaq kimi qaçmaq istəmədim”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis “Bursaspor”a getməməsinin səbəbini açıqlayıb: “Azərbaycan millisi mənim dönəmimdə sıçrayış etdi. Mən işimi vicdanla görürəm. Ona görə də Türkiyəyə qorxaq kimi qaçmaq istəmədim. Dekabr ayına qədər Azərbaycan milli komandasında qalacağam”.

Qeyd edək ki, 48 yaşlı çalışdırıcı 2014-cü ildən millimizin “sükanı arxası”ndadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43