04 İyun 2026
Dünya futbolu

Rodri “Real”la bağlı iddialara münasibət bildirdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri onunla maraqlandığı deyilən “Real” barədə yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu bu cür söz-söhbətlərin futbolda normal hal olduğunu vurğulayıb:

“Real”ın mənə maraq göstərməsi? Belə şayiələrin olması normaldır. Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Sonra nə olacağını görəcəyik”.

Qeyd edək ki, Rodri ötən mövsüm “Mançester Siti”nin heyətində 33 oyunda meydana çıxıb və 2 qol vurub. Transfermarkt portalı onun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43