Dünya futbolu

“Roma”dan yeni transfer

İtaliya “Roma” klubu Portuqaliya “Benfika”sının və Serbiya yığmasının qolkiperi Mile Sviları heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 23 yaşlı qolkiperlə 5 illik müqavilə imzalayıb.

Artıq o, “Roma”da tibbi müayinədən keçib. Sviların “Benfika” ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Buna görə də serbiyalı qapıçı “Roma”ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Mile Svilar “Benfika”nın əvəzedici komandasında 13 görüşdə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43