İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində bu gün “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” sözügedən qarşılaşmada Ronaldonun xidmətindən yararlana bilməyəcək.
İdanxeber.az-ın məlumatına görə, buna 37 yaşlı hücumçunun yeni doğulan oğlunun ötən gün vəfat etməsi səbəb olub.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Mançester Yunayted” 54 xalla 5-ci, “Liverpul”un isə 73 xalla ikinci sırada qərarlaşıb.