Kateqoriyasız

Paytaxt klubunda qeyri-müəyyənlik – Vədlərə əməl olunmur

Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yolları ayıra bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” mövsümün sonunda müqaviləsi başa çatan Hacıyevlə bağlı qərar verməkdə tələsmir. Mövsümün gedişində baş məşqçiyə “yeni mövsümə komanda yığ, hazırla” tapşırığı verilsə də, bir müddət sonra klub rəhbərliyi Hacıyevə tələsməməyi məsləhət görüb.

Bu səbəbdən də hazırda “Səbail”in durumu qeyri-müəyyən olaraq qalmaqdadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43