Kateqoriyasız

“Qarabağ” legionerinə yeni müqavilə təklif etdi, o, vaxt istədi

“Qarabağ” qışda “Yagelloniya”dan icarəyə götürdüyü Luka Quqeşaşvilini komandada saxlamaq qərarına gəlib.

İdmanxeber.az sportlife.az-a istinadən xəbər verir ki, Ağdam klubu gürcüstanlı qolkiperə 3 illik müqavilə təklif edib. Bu təklifi qəbul edəcəyi təqdirdə, Lukanın illik qazancı 100 min dollar olacaq.

22 yaşlı futbolçu yekun qərar vermək üçün klubdan mövsümün sonuna qədər vaxt istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43