Kateqoriyasız

Ronaldo “Volfsburq”u dayandırdı, “Mançester Siti” yarımfinalda (VİDEOLAR)

Çempionlar Liqasının 1/4 final mərhələsində cavab görüşləri start götürüb.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 yarımfinalçının adına aydınlıq gəlib.

Fransada PSJ ilə qollu heç-heçə edən "Mançester Siti" doğma azarkeşləri önündə de Bryunenin 76-cı dəqiqədə vurduğu qolla qalib gələrək mərhələ adlayıb.

Almaniyada "Volfsburq"a cavabsız qollarla (0:2) məğlub olan "Real" isə İspaniyada möcüzəyə imkan verməyib. Ronaldonun het-trik ilə qələbə qazanan "kral klubu" yarımfinala yüksəlib.

12 aprel

Çempionlar Liqası, 1/4 final

22:45. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) 1:0

Qol: De Bryune, 76

Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero

Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (hamısı İspaniya)

İlk oyun – 2:2

22:45. “Real” (İspaniya) – “Volfsburq” (Almaniya) 3:0

Qollar: Ronaldo, 16, 17, 77

Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vensel Tot, İstvan Albert

Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

İlk oyun – 0:2



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43