İdman

Ronaldo Zidanın qərarından narazıdı

Bu mövsüm İspaniya La Liqasında istədiyi kimi başlanğıc edə bilməyən “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun narazılıqlarının olduğu üzə çıxıb.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı oyunçu baş məşqçiləri Zinəddin Zidanın takitiki sxemlərinin yaxşı olmadığını düşünür. Belə ki, 4-3-1-2 taktikası ilə futbolçuları meydana buraxan fransalı mütəxəssisin bu qərarı Ronaldonun ürəyincə deyil. Portuqaliyalı futbolçunun hər zaman olduğu kimi 4-3-3 takitiki düzülüşün tərəfdarı olduğu deyilir. 

Qeyd edək ki, Benzema və Qaret Beylin yoxluğu səbəbindən “Espanyol”la matçda Zidan 4-3-1-2 taktikasından istifadə edib və ön xəttə Ronaldo ilə Aenyoya şans verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43