İdman

Almaniya – Azərbaycan matçını idarə edəcək baş hakim məlum oldu

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Almaniya – Azərbaycan matçının hakimləri bəlli olub.

İdmanxeber.com-un  məlumatına görə, oktyabrın 6-da baş tutacaq qarşılaşmanı islandiyalı hakimlər idarə edəcək. Görüşün baş hakimi Vilhyalmur Torarinsson olacaq.

Qeyd edək ki, “Frendşaft” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43