Kateqoriyasız

Ronaldonun 19 milyon avroluq “oyuncağ”ı – FOTO

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo özü üçün təyyarə alıb.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz maksimum 10 nəfərin yerləşə biləcəyi təyyarəyə sahib çıxıb.

Ən yeni istehsallardan sayılan bu nəqliyyat vasitəsində hamam, mətbəx otaqları, mikrodalğalı soba, televizor və s. kimi məişət əşyalarının olması ilə yanaşı internetə çıxış da mövcuddu.

Ronaldo yeni “oyuncağ”ı üçün 19 milyon avrosundan keçməli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43