Dünyadan

Ronaldonun cəzası açıqlandı

İspaniya La Liqasının son turunda Bilbao “Atletik”i ilə oyunda qırmızı vərəqə alan Kriştiano Ronaldonun cəzası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz futbolçu 3 oyunluq cəzalandırılıb. 

İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qırmızı vərəqə aldıqdan sonra ehtiyat hakimi təhqir edən Ronaldoya məhz bu cəzanı verib.

Bununlada Ronaldo “Vilyareal”, “Elçe” və “Xetafe” ilə matçları buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43