İspaniya La Liqasının 26-cı turu çərçivəsində bu gün “Espanyol”la səfərdə qarşılaşacaq “Real” Ronaldosuz mübarizə aparacaq.
İdmanxeber.com-un məlumatına görə, hücumçunun adı katalonlarla matç üçün iştirak ərizəsinə daxil edilməyib.
Komandanın baş məşqçisi Zinəddin Zidan 33 yaşlı futbolçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, “Espanyol” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.