İdman

“Barselona” – “Real” matçının vaxtı bəlli oldu

İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək “Barselona” – “Real” matçının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, mövsümün ikinci “El-Klassiko”su mayın 6-da keçiriləcək. Çempionatın 36-cı turuna təsadüf edən oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında birinci dövrədə “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə “Barselona” 3:0 hesablı qələbə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43