Kateqoriyasız

Rövnəq Abdullayev Budapeştdə

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində UEFA-nın 40-cı Növbəti Konqresi keçirilir.

İdmanxeber.com-un məlumatına görə,  AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edir.

Tədbirdə quruma üzv olan bütün milli assosiasiyalar təmsil olunub.

Konqresin gündəliyinə UEFA İcraiyyə Komitəsinə bir qadın üzvün seçilməsi, Kosovonun quruma üzvlüyünə müraciətinə baxılması, UEFA komitələrinin hesabatı və s. daxildir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43