Kateqoriyasız

AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, FİFA referisi Əliyar Ağayevin Azərbaycan kubokunun 1/2 mərhələsinin “Neftçi” – “Qəbələ” matçındakı idarəçiliyi əsas müzakirə mövzusu olub.

PFL-in saytı xəbər verir ki, həmin matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu  Aleksey Qay və 86-cı dəqiqədə “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

Aleksey Qaya və Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43