İsveçrənin Nyon şəhərində UEFA-nın növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, qitə futbol qurumunun mənzil qərargahında baş tutan tədbir UEFA-nın üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyıb.
Dünən və bu gün növbəti iclasını keçirən UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib. FİFA prezidenti vəzifəsinə namizəd Cianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da tədbirdə iştirak edir.