İdman

“Rubin”in acılı günləri

Rusiya təmsilçisi “Rubin” maliyyə problemləri ilə üzləşib.

İdmanxeber.com-un “telegraph”a istinadən verdiyi məlumata görə,  klubun futbolçuları 4 aydı maaş üzünə həsrətdi. Bununla da komandanın aparıcı üzvlərinin qış transfer pəncərəsində kollektivdən ayrılacağı bildirilir. Komandanı tərk edəcək futbolçular arasında Aleks Sonq və Yann M Vila kimi tanınmış oyunçular da var. Ölkə başçısı Vladimir Putinə yaxın birisi olan və Rusiyanın 88 ən varlı adamlarının siyahısında yer alan klub prezidenti Rustam Minnixanovun ümumilikdə futbolçulara 15 miyon avro borcu olduğu, bununla belə bu məbləği ödəyə bilmədiyi yayılan xəbərlər arasındadı.

Qeyd edək ki, Kazan klubu Rusiya Premyer Liqasında 19 turdan sonra 20 xalla 12-ci sırada qərar tutub və I Divizona düşmə təhlükəsi ilə üz-üzədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43