Kateqoriyasız

“Rudar”ın baş məşqçisi: “Üzərində təzyiq olacaq yeganə komanda “Qarabağ”dır”

“Rudar”ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ”la cavab oyunöncəsi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Mariç ilk oyundan sonra eyforiyaya qapılmamalı olduğunu bildirib: 

Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. “Qarabağ” kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, “Qarabağ” yenə cütün favoritidir
İlk oyunda hesab açılmadığından bu görüşdə qol vurmalıyıq. “Qarabağ”ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq.

Azərbaycan çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq yeganə komanda “Qarabağ”dır. Bununla belə, biz də eyforiyaya qapılmamalıyıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Rudar” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43