Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında 31-ci tur çərçivəsində doğma meydanda Düsseldorf “Fortuna”sının ikinci komandasına uduzub – 0:4.
İdmanxeber.az-ın məlumatına görə, Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 32 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşıb.