Dünya futbolu

Rusiya klubu Kamran Ağayevdən imtina etdi

Son günlər millimizin qapıçısı Kamran Ağayevin adı Rusiyanın “Amkar” klubu ilə birgə hallanır.

Portuqaliyanın “Boavişta” klubundan ayrıldıqdan sonra klubsuz qalan  Ağayevin yaxın günlərdə Perm təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcəyi gözlənilirdi.

Ancaq əldə etdiyimiz məlumata görə, bu keçid baş tutmayacaq. Belə ki, “Amkar” rəsmiləri Ağayevlə ilkin danışıq aparıb və razılıq əldə ediblər. Lakin klub sonradan fiklrini dəyişərək 31 yaşlı qolkiperi rənglərinə bağlamaqdan imtna edib.

Qeyd edək ki, Kamran Ağayev ötən mövsümün əvvəlində “Sumqayıt”dan “Boavişta”ya keçmişdi. Qolkiper qış fasiləsindən sonra əsas heyətdə yerini itirmişdi (Futbol11.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43