Dünya futbolu

De Rossi “Roma”da qalacaq

“Roma” kapitanı Daniele De Dossi ilə müqaviləni artıracaq.

İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi yaxın günlərdə iki illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, İtaliya millisinin üzvü peşəkar karyerasında yalnız “Roma”da çıxış edib. O, 2000-ci ildən paytaxt klubunda oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43