Dünya futbolu

Türkiyə millisinin üzvü La Liqa klubunda

Türkiyə milli komandasının üzvü Enes Ünal karyerasını İspaniyada davam etdirəcək.

İDmanxeber.com-un məlumatına görə, “Mançester Siti”nin gənc forvardı bundan sonra “Vilyarreal”nın uğurları üçün tər tökəcək. “Sarı sualtı qayıq” istedadlı hücumçunu 14 milyon avro qarşılığında transfer edib. Türkiyə millisinin üzvüylə 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Enes Ünal son mövsümü Hollandiya “Tvente”sinin heyətində keçirib. Ünal meydana çıxdığı 33 matçda vurduğu 19 qolla komandasının ən məhsuldar oyunçusu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43