“Neftçi”nin qapıçısı Səlahət Ağayevin taleyinə aydınlıq gəlib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, milli komandamızın qolkiperi karyerasını “ağ-qaralar”da davam etdirəcək. Adı Qazaxıstan klubları ilə hallanan 28 yaşlı oyunçu başa çatan müqavilə müddətini daha 2 illik uzadıb.
Qeyd edək ki, Səlahət Ağayev son mövsüm bütün oyunlarda meydana çıxıb.